İki uşaq atasız və anasız qaldı – VİDEO

  • Space TV
  • 14 Oktyabr 2020 11:13

Erməni  barbarlığının növbəti  qurbanları. Gəncə  terrorunda  hər iki   valideyini itirən  16 yaşlı Sevil və 8 yaşlı Hüseyn. Space TV xəbər verir ki,  Ermənistan hakimiyyəti Gəncə hadisələri ilə öz çirkin xislətini bir  daha dünyaya  göstərdi. Öldürülən günahsız insanlar, ata və anasını bir gecədə itirən uşaqlar, evləri  yerlə -yeksan olan  sakinlər. Əliyevlər ailəsi yaşanan faciənin, erməni terrorunun ən ağır qurbanlarından biridir. Hadisə zamanı Anar Əlizadə və onun həyat yoldaşı Nurçin Əlizadə dünyasını dəyişib. Anar bir neçə gün əvvəl  Gəncəyə atılan ilk raket mərmisindən sonra evinə qayıdıb.

Əliyevlər ailəsinin iki azyaşlı  yadigarı  var. 16 yaşlı Sevil və 8 yaşlı Hüseyn. Sevil o gecə yaşanana  hadisələrin  canlı  şahidi  olub. 

Vəfat edən Adil və Nurçin  övladları Hüseyni general görmək istəyirdi. İndi bu ailədə Azərbaycanın gələcək generalı böyüyür.

Paylaş

 Xəbəriniz olsun