İki rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi dayandırıldı

  • Space TV
  • 20 İyul 2020 09:50

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi bu gündən dayandırılıb.

space tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

Paylaş

 Xəbəriniz olsun