İki küçədə hərəkət məhdudlaşdırılacaq

  • SpaceTV
  • 19 Sentyabr 2019 10:59

 “NZS” qəsəbəsinin əsas küçələrindən olan Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinə start verilib. Küçələrin ümumi uzunluğu 4.2 km təşkil edir.

Təmir işləri ilə əlaqədar olaraq, Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq. Bu səbəbdən  sürücülərdən sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Ərazidə tıxac yaranmasın deyə, onlardan öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 Xətai rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-ə yaxın uzunluğa malik daha 11 küçədə təmir-tikinti işlərinə start verilməsi nəzərdə tutulur. Bu aşağıdakı küçələrdir:

Məzahir Rüstəmov küçəsi – 1.4 km;

Qaçaq Nəbi küçəsi – 0.7 km;

Əliağa Şıxlinski küçəsi – 1.9 km;

Oksigen küçəsi – 0.6 km;

Natiq Əliyev küçəsi – 0.15 km;

İzzət Orucov küçəsi – 0.4 km;

İnqlab İsmayılov küçəsi – 4 km;

Kamandar Əhmədov küçəsi – 0.15 km;

Abdulla Rəhimov küçəsi – 0.95 km;

Yavər Əliyev küçəsi – 0.6 km;

Zeytun sovxozuna gedən yol – 0.85 km.

Paylaş

 Xəbəriniz olsun