İki kəndin su problemi həll olundu – VİDEO

  • Space TV
  • 14 Avqust 2020 13:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Siyəzən rayonunun içməli su çatışmazlığından əziyyət çəkən Sədan və Eynibulaq kəndlərinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanıb.

Space TV-nin məlumatına görə, Eynibulaq kəndində bir neçə il əvvəl icra olunmuş layihə çərçivəsində kəndin bəzi yerlərində bulaqlar quraşdırılsa da, əhalinin bir hissəsi içməli suyu uzaq məsafədən daşıyıb. Sədan kəndində isə su təchizatı sistemləri ümumiyyətlə mövcud olmayıb və sakinlər suya olan tələbatlarını daşınan su hesabına ödəyib. Sədan və Eynibulaq kəndlərinin içməli su probleminin həlli məqsədilə  icra olunan  yeni layihəyə əsasən, kəndlərə suyun Şollar-Bakı su kəmərindən verilməsi nəzərdə tutulur.

Sədan kəndində əhalinin ümumi istifadəsi üçün 26 ədəd bulaq quraşdırılacaq. Eynibulaq kəndində isə mərkəzləşdirilmiş su şəbəkəsi yaradılacaq.

Xatıraladaq ki, “Regionların sosial-iqtisadi inkişafı proqramı” çərçivəsində Siyəzən rayonunun Eynibulaq kəndində icra olunan içməli su layihəsinin 60 faizi icra olunub. Layihə nəticəsində Sədan və Eynibulaq kəndlərinin 2000-dək sakini dayanıqlı və təhlükəsiz içməli su ilə təmin olunacaq.

Paylaş

 Xəbəriniz olsun