İki gündə səkkiz nəfər dəm qazından zəhərlənib

  • SpaceTV
  • 5 Noyabr 2019 12:07

Havaların soyuması ilə son iki gündə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə səkkiz nəfər dəm qazı zəhərlənməsi ilə bağlı müraciət edib.  

Bunu SPACE TV-ə açıqlamasında şöbənin baş həkimi Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, zəhərlənənlərdən vəziyyəti ağır olan olmayıb.

“Səkkiz nəfərin heç biri klinakada saxlanılmayıb. Onlar evə göndəriliblər. Zəhərlənənlər Xəzər və Nizami rayonundan gətirilmişdi. Aralarında uşaq yox idi”.

Azər Maqsudov əlavə edib ki, bir nəfər sirkə turşusundan və üç nəfər isə spirtli içki zəhərlənməsi ilə bağlı klinikaya müraciət edib:

“Sirkə turşusundan zəhərlənən hələ də klinikadadır. Vəziyyəti ağırdır. Amma spirtli içki zəhərlənməsi ilə bağlı gətirilən üç kişi yardım aldıqdan sonra evə buraxılıb. Hər üçü 25-30 yaşlı şəxslər olub”.

Paylaş

 Xəbəriniz olsun