İki eranı əhatə edən Azərbaycan-İtaliya əlaqələri

  • SpaceTV
  • 21 Aprel 2020 17:30

RƏVAYƏTƏ GÖRƏ,  BİZİM ERADAN ƏVVƏL 753-CÜ İLİN BU GÜNÜ, APREL AYININ 21-DƏ  ROMUL VƏ REM ROMA ŞƏHƏRİNİN ƏSASINI QOYUB.   QURDUQLARI DÖVLƏTİN ADLANDIRILMASI ZAMANI QARDAŞLAR ARASINDA DÜŞƏN MÜBAHİSƏ ROMULUN REMİ ÖLDÜRMƏSİ İLƏ NƏTİCƏLƏNİR. ƏRAZİLƏRİNİ GENİŞLƏNDİRƏN QƏDİM ROMA AZƏRBAYCANI DA İŞĞAL ETMƏK İSTƏİRDİ. NÜMUNƏ KİMİ İTALYANLARIN ERADAN ƏVVƏLKİ ATROPATENA – CƏNUBUMUZA HÜCUMLARI, YAXUD BİZİM ERANIN İLK ƏSRLƏRİNDƏ POMPEY, NERON VƏ DOMİSİANIN QAFQAZ ALBANİYASINA – ŞİMALİ AZƏRBAYCANA YÜRÜŞLƏRİNİ GÖSTƏRMƏK OLAR.

ETİRAF ETMƏK LAZIMDIR Kİ, AZƏRBAYCAN DÖVLƏTLƏRİ QƏRBİ ROMADAN DAHA ÇOX BİZANSLA SIX ƏLAQƏLƏRƏ MALİK OLUB. XATIRLADAQ Kİ, BİZANS  395-Cİ İLDƏ QƏDİM ROMA İMPERİYASININ İKİ HİSSƏYƏ PARÇALANMASI İLƏ YARANIB.  

TORPAQLARIMIZ HANSISA İMPERİYANIN İSTİLASINA DÜŞMƏDİYİ HƏR DÖVRDƏ AZƏRBAYCAN  İTALİYA İLƏ MÜXTƏLİF ƏLAQƏLƏRƏ SAHİB OLUB.   1918-Cİ İLDƏ MÜSTƏQİL OLDUQDAN SONRA İTALYANLAR DÖVLƏTİMİZƏ DAHA ÇOLX MARAQ GÖSTƏRİB. DÜZÜ HƏMİN İLLƏRDƏ BAŞLICA MƏQSƏDLƏRİ İNGİLİSLƏRİ QAFQAZDAN UZAQLAŞDIRMAQ İDİ. AZƏRBAYCAN SOVET ƏSARƏTİNDƏN ÇIXDIQDAN SONRA MÜSTƏQİLLİYİMİZİ TANIYAN DÖVLƏTLƏRDƏN BİRİ DƏ İTALİYA İDİ. İKİ ÖLKƏ ARASINDA  ƏMƏKDAŞLIĞIN DAHA SIX XARAKTER ALMASI VƏ İNKİŞAFI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 1997-Cİ İLDƏ ROMAYA RƏSMİ SƏFƏRİ İLƏ BAĞLIDIR.  NƏTİCƏDƏ ÖLKƏLƏR ARASINDA YEDDI SAZIŞ IMZALANIB. ODLAR YURDU VƏ APENNİNLİLƏR ARASINDA ƏMƏKDAŞLIQ PREZİDENT İLHAM ƏLİYEVİN UĞURLU SİYASƏTİ NƏTİCƏSİNDƏ  DAHA DA GENİŞLƏNDİ. DÖVLƏT BAŞÇIMIZIN  ROMAYA SON SƏFƏRİ, İTALİYADA  AZƏRBAYCAN İLİNİN ELAN OLUNMASI ƏMƏKDAŞLIĞIN DİNAMİKLİYİNDƏN XƏBƏR VERİR. ƏLBƏTTƏ Kİ, XƏZƏR VƏ ARALIQ DƏNİZLƏRİ REGİONUNDA  SABİTLİYİ QORUYACAQ CƏNUB QAZ DƏHLİZİ VƏ TAP LAYİHƏSİNİ  DƏ UNUTMAQ OLMAZ. BÜTÜN BUNLAR ONU GÖSTƏRİR Kİ, HAZIRDA DÜNYADA TÜĞYAN EDƏN KORONAVİRUS ÜZƏRİNDƏ QƏLƏBƏ ÇALINDIQDAN SONRA ÖLKƏLƏRİMİZ ARASINDA ƏMƏKDAŞLIQ  DAHA DA GENİŞLƏNƏCƏK.  

ANAR RƏHİMOV SPACE TV

Paylaş

 Xəbəriniz olsun