İki boksçumuz dünya çempionatının səkkizdəbir finalına vəsiqə qazanıb

  • SpaceTV
  • 16 Sentyabr 2019 13:18

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatı davam edir.

Azərbaycan millisinin 3 boksçusu qüvvəsini sınayıb. Onlardan ikisi mərhələ adlayıb, digəri isə yarışla vidalaşıb. Çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Tayfur Əliyev türkmənistanlı Yazmurat Qurbanovu, 81 kiloqram çəki dərəcəsində çıxış edən Alfonso Dominqes İspaniya təmsilçisi Qazimaqomed Calidovu məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib. İsmayıl Yaqubov (91 kiloqram) isə Ukrayna təmsilçisi Marat Qriqoryanı üstələyə bilməyib.

Paylaş

 Xəbəriniz olsun