İki ay yatıb 28 min azn qazana bilərsiniz – 48 könüllü axtarılır

  • Space TV
  • 29 Fevral 2020 14:49

Cəmi iki ay yuxuya gedib 28 min AZN qazanmaq istərdinizmi? O zaman Avropa Kosmik Agentliyinin bu təklifi marağınıza səbəb ola bilər.

SPACE TV xəbər verir ki, Avropa Kosmik Agentliyi maraqlı bir açıqlama verib. Fransada yerləşən Medes klinikası ilə əməkdaşlıq edən ESA təşkilatı, kosmosda aparılacaq təcrübələr üçün 48 könüllü axtarır. Könüllülərin hətta tualet ehtiyacları üçün yerlərini tərk etmələrinə imkan verilməyəcək.

Kosmik agentlik bu layihədə iştirak edənlərə 12.500 funt sterlinq (təxminən 28min AZN ) ödəyəcək.

Kosmik səyahətlərin insanlara təsirini araşdıran Avropa Kosmik Agentliyi (ESA) bir sıra təcrübələrə imza atmağa hazırlaşır.

Bu yaxınlarda elan edilən layihədən yeni detalları məlub olub. Bu təcrübələrdə hərəkətsiz qalan astronavtların bədənində hansı dəyişikliklərin olduğu araşdırılacaq.

Paylaş

 Xəbəriniz olsun