İki ailə arasında qanlı dava: 19 yaralı

  • Space TV
  • 21 Dekabr 2019 12:16

Türkiyənin Batman rayonunda iki ailə arasında baş verən davada 19 nəfər yaralanıb.

DHA-nın xəbərinə görə, Ünlücə obasında iki ailənin nümayəndələri arasında başlanan mübahisəyə sonradan digər qohumlar da qatılaraq bir-birinə daş atıb və bıçaqla zərbələr endiriblər.

Hadisə ilə əlaqədar əraziyə polislər və tibb işçiləri cəlb edilib.

19 yaralı xəstəxanaya aparılıb, polis hadisənin təkrarlanmaması üçün tədbir məqsədilə əraziyə mühafizə dəstəsi yerləşdirib.

Paylaş

 Xəbəriniz olsun