İki əsr əvvəl Şərqdən qərbə uzanan ölkənin ən iri kəndlərindən Qədim Kəsəmən Eli … Bu gün bu kənddən ancaq 4 abidə qalıb ki oda Mədəniyyət və turizm nazirliyi tərəfindən tarixi abidə kimi qorunanların siyahasına salınıb 2 məscid 1 qala və kəndin ağası olan İsrafil ağanın evi . Hazırda bu kəndin törəyən kəndlərin sayı təkcə Qərb bölgəsində 20 dən artıqdır . Bir yanı Gəncə digər tərəfi Qazax .
78 yaşlı Puşkin Qarayevin bildirdiyinə görə Sovet hakimiyyətinin onların yaşadığı ərazidə Su elektrik stansiyasını tikmək fikiri kəndin köcürülməsi ilə nəticələnir . 1967 ci ildən kəndin bu ərazidən köcməsi ilədə Abidələr daha tez sıradan cıxmağa başlayır .
Abidələrin tikintisində o zamankı ustalar kərpic və gildən su əvəzinə isə yumurtadan istifadə ediblər. Məhz bu cür tikinti abidənin hazirki vaxta kimi gəlib catmasına şərait gətirib . Sovet hökümətinin hökm sürdüyü vaxtda israfil ağanin evi müxtəlif sahələrdə də xidmət göstərib.ilk əvvəl xəstəxana daha sonra təhsil müəssəsi məscidlər isə təyinatını dəyişib .
1000 evli kəsəməndə hələ bu ərazilərdə car rusiyasinin ağalıq etdiyi bir vaxtda İsrafil ağa ilin qurqlıq kecdiyi vaxtlarda əhalinin vergisini özü üzərinə götürürmüş . Bu kimi xüsusiyyətlər ağanı yerli əhaliyə daha da yaxın edib .Kəsəmənin hündür ərazisində inşa edilmiş bu tikili o zamanlar həm də strateji əhəmiyyət kəsb edirdi . Həm elə nəzarət həmdə təhlükəni ilk olaraq ağanın görməsi . bu səbəbdəndə evin bütün istiqamətklərində pəncərə inşa edilib. İki əsr yaşı olan Kəsəmən eli Ölkəmizə bir cox şəxsiyyətlər yetirib .
Vasif Vaqifoğlu SPACE TV