İker Kasilyas federasiya prezidentliyinə namizəd olacaq

  • SpaceTV
  • 17 Yanvar 2020 13:49

“Portu”nun qapıçısı İker Kasilyas İspaniya Futbol Federasiyasının prezidenti olmaq niyyətindədir.

SPACE TV bildirir ki, “Real”ın əfsanəvi qolkiperi bununla bağlı hazırlıqlara başlayıb.

Səhhətindəki problem səbəbindən uzun müddətdir yaşıl meydanlardan uzaq düşən İspaniya millisinin sabiq üzvü tezliklə karyerasını bitirmək və növbəti seçkilərdə federasiya prezidentliyinə namizədliyini irəli sürmək fikrindədir. Hətta azarkeşlərlə aparılan sorğuda respondentlərin 96%-i Kasilyasın uğurlu prezident olacağına inandığını vurğulayıb.

Paylaş

 Xəbəriniz olsun