III yay məktəbi açılacaq

  • SpaceTV
  • 28 Sentyabr 2019 12:31

Gənclər və İdman Nazirliyi və BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi birgə layihə ilə çıxış edib. Hər iki qurumun iştirakı ilə BMT Modeli üzrə III yay Məktəbinin açılış mərasimi keçiriləcək.

 “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində konfrans baş tutub. Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində həyata keçən görüşdə BMT Modeli üzrə III Yay Məktəbinin açılış mərasiminə hazırlıqlar start götürüb.      Açılış mərasimində Şamaxı rayon rəhbərliyi, nazirliyin rəsmiləri və  BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin Rezident Nümayəndəsi Alessandro Frakassettinin iştirakı gözlənilir. Bu il “Gənclər Paytaxtı” seçilən Şamaxıda keçiriləcək Yay Məktəbi 4 gün davam edəcək. Bu vaxt ərzində aidiyyəti komitələr tərəfindən  “Cari beynəlxalq ticarətin dünya iqtisadiyyatına təsiri”, “Tanınmamış və  mübahisəli ərazilərdə turizm”  mövzuları simulyasiya olunacaq.

BMT Modeli Konfransları gənclərin xarici dil, danışıq, təqdimat və bir çox digər şəxsi və iş bacarıqlarının inkişafına və onların beynəlxalq səviyyədə müxtəlif konfranslar üçün rəqabət qabiliyyətlərinin artırılmasına böyük töhfə verir.     Qeyd edək ki, BMT Modeli üzrə birinci Yay Məktəbi 10 – 14 avqust 2015-ci il tarixlərində Daşkəsən rayonunda, ikinci Yay Məktəbi isə 2 – 5 avqust 2016-cı il tarixlərində İsmayıllı rayonunda təşkil edilib.

Vahid  Fəxri,  Şamaxı

Paylaş

 Xəbəriniz olsun