İdmançılarımız üçün son şans olan yarış da təxirə salındı

  • SpaceTV
  • 14 Mart 2020 10:55

Parataekvondo və taekvondo üzrə Olimpiadaya vəsiqə verən Avropa Təsnifat Turniri yenidən təxirə salınıb.

SPACE TV  Dünya Taekvondosunun saytına istinadən xəbər verir ki, 16-18 apreldə Rusiyanın paytaxtı Moskvada keçirilməli olan yarış bu tarixdə baş tutmayacaq.

Avropa Taekvondosunun yunan prezidenti Atanasios Praqalos koronavirus səbəbindən bu yarışın təxirə salınmasına dair qərar qəbul edib.

Qeyd edək ki, idmançılarımızın Olimpiadaya çıxmaq üçün son şans verən bu yarış daha əvvəl 17-19 aprel tarixlərində İtaliyanın paytaxtı Milanda keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə turnir Moskvaya salınmışdı.

Paylaş

 Xəbəriniz olsun