İdman camiəsindən Vətən Müharibəsində iştirak etmiş şəxslərin statistikası açıqlandı – RƏSMİ

  • Space TV
  • 16 Dekabr 2020 13:49

Azərbaycanın idman ictimaiyyətindən Vətən Müharibəsində iştirak etmiş şəxslərin statistikası bəlli olub.

Gənclər və İdman Nazirliyindən Spacetv.az-a verilən məlumata görə, müharibədə idman ictimaiyyətindən 500 nəfər iştirak edib ki, bunlardan da 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib.

500 nəfərdən 390 nəfəri könüllü kimi iştirak edib. 33 nəfər səfərbərliklə hərbi xidmətə çağırılıb. 23 nəfər zabit kimi iştirak edib.

Bunlardan 67 nəfər yaralanaraq qazi olub. Onlardan 51 nəfərinin müxtəlif tibb müəssisələrində müalicələri davam edir. 8 nəfər sağaldıqdan sonra yenidən cəbhəyə qayıdıb.

8 nəfər isə müalicəsi bitdikdən sonra evə buraxılıb. Dörd nəfər idman jurnalisti döyüşlərdə iştirak edib. 

Vətən Müharibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunları, rayon (şəhər) Gənclər və İdman İdarələrinin, Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin əməkdaşları, müxtəlif idman növləri üzrə idmançılar və idman jurnalistləri iştirak ediblər.

Paylaş

 Xəbəriniz olsun