İdlibdə ardıcıl ikinci raket hücumu: Çoxu uşaq olan 12 sivil öldü

  • Space TV
  • 21 Noyabr 2019 11:32

İran dəstəkli qruplar Azzan dağında olan bazalarından İdlibə hücum təşkil ediblər.

SPACE TV türk mediasına istinadən xəbər verir ki, hücum nəticəsində çoxu uşaq olmaqla 12 sivil şəxs həyatını itirib. Əraziyə gələn təcili yardım maşınları yaralıları sərhəddi keçərək Türkiyədəki xəstəxanalara aparıblar.

Bu hücumdan qısa müddət öncə Rusiya qırıcılarının hücumu nəticəsində 4-ü uşaq olmaqla 6 nəfərində öldüyü açıqlanmışdı.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında 17 sentyabr 2018-ci ildə imzalanan müqavilədən sonra İdlibdə Əsəd rejimi və Rusiyanın hücumları nəticəsində 1300-dən çox sivil insan həyatını itirib.

Paylaş

 Xəbəriniz olsun