İdlib müzakirələrində Ərdoğanın arxasında dayanan heykəlin ”sirri” çözüldü – Peskov açıqlama verdi

  • Space TV
  • 7 Mart 2020 15:55

Moskvada Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında İdlib böhranı ilə bağlı keçirilən görüşdə iki detal xüsusi diqqət çəkib.

Belə ki, görüşün keçirildiyi zalda – 1877-1878-ci illərdə Balkanlarda döyüşən rus əsgərlərin əks olunduğu suvenir və Krımı işğal etmiş II Yekaterinanın heykəlinin olması geniş müzakirələrə səbəb olub.

SPACE TV  xəbər verir ki qalmaqala səbəb olan heykəl ilə bağlı Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov açıqlama verib.

” Müəllifi Yevgeniy Lanser olan 1877- 1878 ci illərdə Bolqarıstanda rusların türkləri məğlub etməsi şərəfinə görə düzəldilmiş saatın orda olması təsadüfdür. O saat orada 20 ildən artıqdır ki dayanır.Bu heykəlin Ərdoğan ilə heç bir əlaqəsi yoxdur ”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan fotolardan birində əks olunan heykəlin 1877-1878-ci illərdə baş verən Rus-Osmanlı savaşında qalib gələn rus əsgərlərini simvolizə edir

“Balkanlardan keçid yürüşü” adlanan heykəl salondakı sobanın üstündə yer alıb.

İkinci fotoda isə Osmalı ordusunu iki dəfə məğlub etmiş çariça Yekaterinaya məxsus heykəl əks olunub. Lakin Putinin bununla türk həmkarına hansısa mesaj vermədiyi həqiqəti də sonradan aydın olub.

Belə ki, Rusiya Prezidentinin İsrailin Baş naziri Binyamin Netanyahu, Almaniya Kansleri Angela Merkel və digər dövlətlərin başçıları ilə görüşlərində çəkilən fotolarda da həmin detallar öz əksini tapıb.

Paylaş

 Xəbəriniz olsun