İctimai nəqliyyatın hərəkəti bərpa olundu

  • SpaceTV
  • 3 Avqust 2020 09:51

Xüsusi karantin rejimi ilə əlaqədar 14 şəhər və rayonda ictimai nəqliyyatın fəaliyyətinə qoyulmuş iki günlük məhdudiyyət götürülüb.

space tv xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Bu gün 3 avqust saat 06:00-da qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyə başlayıb.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı metrosunun fəaliyyəti də dayandırılıb.

Paylaş

 Xəbəriniz olsun