İctimai nəqliyyatdan istifadə edən vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi davam etdirilir

  • SpaceTV
  • 4 İyun 2020 15:21

Karantin rejimində olduğu kimi bu gün də avtobuslar həftədə iki dəfə əsaslı dezenfeksiya olunur. Sürücülərə COVID-19 infeksiyasının profilaktikasına dair tövsiyələrin, o cümlədən maska taxılmasının, sosial məsafənin qorunmasının və sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi izah olunur.

Avtobuslar tələblərə uyğun arakəsmələrlə təmin edilib, həmdə avtobusa daxil olan sərnişinlərin əllərinin dezinfeksiyası üçün şərait yaradılıb.

Şəki şəhərində gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənir. Avtobuslarda sərnişinlərin ara məsafəsi saxlaması tələb olunur və sakinlər bu tələbə uyğun addım atırlar. Qaydalara əməl etməyənlər isə cərimələnəcəklərini yaxşı başa düşürlər.

Rayondaxili marşrutlarda sıxlığın yaranmaması, sərnişinlər arasında sosial məsafənin qorunması həm sürücülərin, həm də sərnişinlərin sağlamlığının qorunması məqsədilə tibbi maskalardan istifadənin təmin olunması məqsədilə bu gün xətdə çıxan ilk reyslərdə profilaktiki tədbirlər keçirilib.

Daxili marşrutlarla yanaşı şəhərlər arası, əsasən paytaxt Bakı istiqamətində işləyən avtobuslarda reyslərə qadağa qoyulmasına baxmayaraq mütəmadi dezinfeksiya işləri görülür.

Qeyd edək ki, Nazirlər kabinetinin müvafiq qərarına uyğun olaraq rayonlararası şərnişindaşıma müvəqqəti gözləmə mövqeyindədir.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun