İctimai birlik ailələrə yardım etdi – VİDEO

  • SpaceTV
  • 9 Aprel 2020 17:55

Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sosial aksiya keçirilib.

Aksiyası çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin  könüllüləri tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət 200-dən çox sovqat paylanılıb, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib. Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, koronavirus infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 20 aprel 2020-ci il tarixədək 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb. 

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun