İcra başçısı: “Sürüşmə hadisəsi ilə əlaqədar tədbirlər planı hazırlanmalıdır”

  • Space TV
  • 29 Yanvar 2021 11:10

“Baş vermiş sürüşmə hadisəsinin nəticələrinin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmalıdır”.

Spacetv.az xəbər verir ki, bunu hazırda Badamdarda sürüşmə ərazisində olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O qeyd edib ki, Bakı şəhəri İcra hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə birlikdə araşdırmalar aparmalıdırlar: “Tədbirlər planı çərçivəsində görüləcək işlərlə bağlı məsələlər müəyyən ediləcək”.

Paylaş

 Xəbəriniz olsun