İçkili ana südü ilə körpəsini ölümcül zəhərlədi

  • Space TV
  • 17 Fevral 2021 10:07

32 yaşlı qadının ad günü münasibəti ilə təşkil etdiyi içki məclisi faciə ilə nəticələnib.

Belə ki, spirtli içki qəbulundan sonra uşağına süd verən qadın onun ölümünə səbəb olub.

“Cosmo”nun məlumatına görə, dəhşətli hadisə Rusiyanın Altay diyarında baş verib.

Bildirilir ki, içki məclisindən sonra qadın uşağının yanında yatıb. Gecə körpə iki dəfə oyanıb, hər ikisində ana ona süd verib. Qadının bədənində spirtin konsentrasiyası uşağı zəhərləyib və o ölüb.

Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb. Qadına ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açılıb. Onu iki ilə qədər azadlıqdan məhrumetmə gözləyir.

Paylaş

 Xəbəriniz olsun