İçində güllə olan məktub

  • SpaceTV
  • 3 Sentyabr 2019 14:01

Cənubi Koreyanın Tokioda səfirliyinin ünvanına içində təhdid, təhqir, həmçinin güllə olan məktub daxil olub. Məktubu göndərən şəxs guya odlu silahının olduğunu bildirərək, koreyalıları təqib etmək niyyətini açıqlayıb.

Space TV xarici mətbuata istinadən xəbər verir ki, zərfdə qısalüləli silahın gülləsi də olub. “Koreyalılar, rədd olun!”, – deyə nəşr məktubdan sitat gətirib.

Qeyd edilir ki, məktub səfirliyə ötən həftə daxil olub. Məktubun üzərində hansı ünvandan göndərildiyi qeyd edilməyib.

Paylaş

 Xəbəriniz olsun