ICESCO-nun Baş direktorundan Ağdam və Füzuli ilə bağlı paylaşım – FOTO

  • Space TV
  • 13 Yanvar 2021 10:51

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik Füzuli və Ağdam rayonlarına səfəri barədə paylaşım edib.

O, bu barədə “Twitter” hesabında yazıb.

“Faciədir. Şəhərlər məhv edilib. İslam və xristian abidələri dağıdılıb”, – deyə o qeyd edib.

İcraçı direktor Ağdam Çörək Muzeyinin dağıdılması barədə də paylaşım edib.

Qeyd edək ki, dünən İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri çərçivəsində Füzuli rayonundan sonra Ağdama gedib.

Paylaş

 Xəbəriniz olsun