İcbari tibbi sığortaya hazırlıq yekunlaşır

  • SpaceTV
  • 5 Dekabr 2019 16:07

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı xəstəxanalarda xidmətin elektronlaşdırılması istiqamətində işlər tamamlanır. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçi qrupu səhiyyə ocaqlarında müvafiq proqram təminatı yaradıb, qeydiyyat masaları qurulub.Artıq İcbari tibbi sığorta standartlarının tətbiqi ilə Zaqatala mərkəzi  xəstəxanalarda elektron qaydada qeydiyyatın aparılması üçün şəxsiyyət vəsiqəsi kifayət edir.Zaqatala rayonunda 42 səhiyyə müəssisəsi var.Bu işlər təkcə mərkəzi xəstəxanada deyil,həmdə kənd səhiyyə ocaqlarında da aparılır.

Tibb müəssisələrində tətbiq olunacaq proqram təminatı vasitəsilə vətəndaşın elektron qaydada qeydiyyatının aparılması, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə haqqında məlumatlar vahid sistemə daxil edilir.Zaqatala ezam olunan səhiyyə nazirliyini işki qrupu ilk olaraq doğuş şöbəsində yeni yaradılacaq otaqların texniki təhcizatına nəzarət edir,tibbi personala müasir avadanlıqların işlətmə mexanizimini öyrədirlər.

Hazırlıq işlərinin aparılması beynalxaq səhiyyə təşkilatlarının diqqət mərkəzindədir.Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi doktor Hande Harmancı Zaqatalada körpə və doğuş bölməsinin yenidən qurulmasında iştirak edir.

Hazırlanmış qrafik əsasında  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  Zaqatalada 2008-ci ildən fəaliyyət göstərən Diaqnostika mərkəzində proqram təminatından istifadə qaydaları üzrə təlim keçirir.

Qeyd edək ki,İcbari tibbi sığortanın tətbiqi zamanı əhalinin müəyyən qrupuna güzəşt tətbiq olunacaq. Söhbət işləməyən pensiyaçılar, əlillər, uşaqlar,aztəminatlı ailələr,işsizlik statusu olan şəxslərdən gedir. Bu qrup insanlar icbari tibbi sığorta ödənişindən azad olunacaq və onların sığortaya cəlbini dövlət həyata keçirəcək.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun