İcazə portalında icazələrin bir hissəsi ləğv edilir.

  • SpaceTV
  • 30 İyun 2020 11:07

Sms icazə ilə bağlı yenilik var.Əhali  gün ərzində həm 1, həm də 2 kodlarını istifadə etməklə iki dəfə  icazə ala bilirdisə, indi gün boyu yalnız bir dəfə müraciət etmək mümkün olacaq: “Vətəndaşlarımıza dəfələrlə müraciət edərək sui-istifadə hallarına yol verməmələrini xahiş etmişdik. Amma bu hallar çox yaşandığından SMS icazəyə limit qoyulub və bundan gündə yalnız bir dəfə istifadə etmək olar”, – deyə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirdi.

Fəaliyyətinə icazə verilən sahələrdə işçilərin 50 faizi işə çıxa bilər.Artıq sistem vasitəsilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib. Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunub ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimlənməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək. İcazələrin tənzimlənməsinə dair yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.

İcazələrin tənzimlənməsi ilə əlaqədar yaranan xüsusi hallarla bağlı isə hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.

Xatırladaq ki, 25 iyun tarixində Dövlət Agentliyi tərəfindən idarə və müəssisələrdən daxil olan icazələr nəzərdə tutulan həddi aşdığı təqdirdə avtomatik ləğv ediləcəyi barədə xəbərdarlıq olunub. Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdə işçilərin 50 faizinin işə çıxmasına yol verilir.

LALƏ ÜLVİQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun