İçərisində 7 nəfərin olduğu helikopter yoxa çıxıb

  • Space TV
  • 27 Dekabr 2019 17:03

ABŞ-ın Havay ştatında içərisində 7 nəfərin olduğu helikopter yoxa çıxıb.

SPACE TV-in xəbərinə görə, bu barədə “Hawaii News Now” telekanalı məlumat yayıb.

Helikopterin tapılması istiqamətində suda və havada axtarış xilasetmə işləri aparılır.

Helikopterdə bir pilot və 6 sərnişinin olduğu bildirilir. Onlardan ikisi azyaşlıdır. Helikopter elektron lokatorla təchiz olunsa da, axtarış xilasetmə xidməti heç bir siqnal almayıb.

Paylaş

 Xəbəriniz olsun