İçərişəhərdə partlayış: Xəsarət alanlar var

  • Space TV
  • 7 Fevral 2020 18:03

Bakıda qaz sızmasından partlayış baş verib.

Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə bir neçə dəqiqə öncə İçərişəhərdə baş verib.

İlyas Əfəndiyev 10 ünvanında yerləşən yaşayış binasında baş verən qaz sızması nəticəsində yaranan partlayışda beş nəfər xəsarət alıb.

Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub.

17:50

İçərişəhərdə partlayış olub.

SPACE TV xəbər verir ki, partlayış nəticəsində yeddi nəfər yanıq xəsarətləri alıb.

Hadisə İlyas Əfəndiyev küçəsi 10 ünvanında baş verib.

TƏBİB-dən SPACE TV-a verilən məlumata görə, hazırda üç nəfər yanıq xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsi aparılıb. 

Partlayışa görə təcili tibbi yardım əməkdaşlarının əraziyə yaxınlaşmasına icazə verilmir.

Paylaş

 Xəbəriniz olsun