İçərişəhərdə kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulmayacaq

  • Space TV
  • 4 Mart 2020 11:31

İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyini qeyd etmək üçün burada keçirilməsi nəzərdə tutulan kütləvi bayram tədbirlərinə məhdudiyyət qoyulmayacaq.

Baku Tv xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riyad Qasımov deyib ki, bu münasibətlə həm ölkə daxilində, həm də xaricdə sərgilər, konsertlər keçiriləcək.

O qeyd edib ki, mədəni irsimiz şəhər əhalisini və paytaxtımıza gələn turist-qonaqları qədim tarixi ilə təəccübləndirməkdə davam edir. 

R.Qasımov həmçinin əlavə edib ki, bu illər ərzində İçərişəhər və Bakı üçün ən mühüm arxeoloji tapıntılardan biri olan yeraltı hamam aşkarlanıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumatda isə bildirilir ki, koronavirusla bağli İçərişəhərə turist axınında dəyişiklik hiss edilməyib. 

Qeyd edək ki, İçərişəhərdə koronavirus (COVİD-19) epidemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri aparılır. 

Paylaş

 Xəbəriniz olsun