İbrahimoviç və Lukaku diskvalifikasiya olundu

  • Space TV
  • 29 Yanvar 2021 17:17

İtaliya “Milan”ının futbolçusu Zlatan İbrahimoviç və “İnter” hücumçusu Romelu Lukaku bir oyunluq cəza alıb.

Spacetv.az xəbər verir ki, buna oyunçuların ölkə kubokunun 1/4 final mərhələsindəki görüş zamanı mübahisə etməsi və bir-birinin ünvanına təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Federal prokuror insidentdə mümkün irqi ayrı-seçkilik məsələsinin araşdırılmasını tələb edərsə, oyunçuların cəza müddəti uzadıla bilər.

Diskvalifikasiya qərarı yalnız kubok matçlarına şamil olunur. Belədə, belçikalı forvard yarımfinalda “Yuventus”la oyunu buraxmalı olacaq.

Qeyd edək ki, 1/4 finalda “Milan”a 2:1 hesabı ilə qalib gələn “İnter” adını növbəti raunda yazdırıb.

Paylaş

 Xəbəriniz olsun