İbrahimoviç “Milan”da qaldı

  • Space TV
  • 31 Avqust 2020 11:55

İsveçli hücumçu Zlatan İbrahimoviç yeni mövsümdə də “Milan”da qalacaq.

Spacetv.az xəbər verir ki, A Seriyası təmsilçisi 38 yaşlı futbolçunu daha bir il komandada qalmağa razı sala bilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya mətbuatının iddiasına görə, İbrahimoviç qarşıdakı bir il ərzində təxminən 7 milyon avro qazanacaq.

Paylaş

 Xəbəriniz olsun