İbrahimoviç koronavirusa yoluxdu

  • SpaceTV
  • 24 Sentyabr 2020 17:22

İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviçdə koronavirus aşkarlanıb. 

Spacetv.az “Corriere della Sera”ya istinadən xəbər verir ki, 39 yaşlı təcrübəli futbolçunun testi müsbət nəticələnib.

İsveçli forvard karantinə alınıb. Təcrübəli oyunçu bu gün Norveç “Bodo Qlimt”i ilə Avropa Liqasının III təsnifat mərhələsinin qarşılaşmasını buraxacaq.

Qeyd edək ki, “San Siro” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.  

Paylaş

 Xəbəriniz olsun