I ixtisas qrupuna sənəd verənlərin sayı çoxalıb – RƏSMİ

  • Space TV
  • 14 Sentyabr 2020 15:22

“Universitetlərə qəbul üçün ixtisas seçiminə buraxılan 44 767 abituriyentdən 23 300 nəfər seçimini edib”.

Spacetv.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə I ixtisas qrupları üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar “Facebook”da canlı yayım zamanı deyib.

O qeyd edib ki, son 10 ildir I ixtisas qrupuna sənəd verənlər çoxalıb:

“I qrupda informasiya texnologiyalarına seçim və istəklər artıb”.

Paylaş

 Xəbəriniz olsun