Space.TV-məlumat verir ki, ötəngün axşam saatlarında sumqayıtın 12-ci mikrorayonunda, təxminən 60-65 yaşlarında olan qadın huşsuz vəziyyətdə tapılıb.
Onun adının Əzizə olduğu müəyyən edilib. Yaxınlarının tapılmadığından qadının tam şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. O, təcili tibbi yardım maşını ilə dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilərək reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onu həyatını xilas etmək mümkün olmayıb və qadın xəstəxanada dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.