Hüsnü Mübarək vəfat edib

  • SpaceTV
  • 25 Fevral 2020 15:25

Misirin keçmiş prezidenti Məhəmməd Hüsnü Mübarək 91 yaşında vəfat edib.

SPACE TV bildirir ki, bu barədə məlumat xarici media tərəfindən yayılıb.

Qeyd edək ki, Məhəmməd Hüsnü Mübarək 1928-ci ilin may ayının 4-də doğulub. 1981-2011-ci illərdə Misirin prezidenti olub. 2011-ci ildə kütləvi etirazlar nəticəsində istefa verib. Hüsnü Mübarək 2012-ci ildə ömürlük həbs cəzası alıb. O, yüzlərlə insanın qətlində təqsirli bilinib. 2017-ci ildə Misirin Ali Məhkəməsi keçmiş dövlət başçısına bəraət verib.

Paylaş

 Xəbəriniz olsun