“Human Rights Watch” Ermənistanın mülki əhaliyə qarşı qadağan edilmiş silahdan istifadə etdiyini təsdiqləyib

  • SpaceTV
  • 30 Oktyabr 2020 11:12

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı işğalçı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə zərbələr endirdiyinə dair açıqlama yayıb.

Spacetv.az xəbər verir ki, bu barədə məlumat təşkilatın saytında dərc edilib.

Təşkilat qeyd edir ki, Ermənistan silahlı qüvvələri 28 oktyabr 2020-ci il tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 kilometr qərbdə yerləşən Bərdə şəhərini beynəlxalq səviyyədə qadağan edilmiş uzun mənzilli kasetli raketlərdən atəşə tutub.

Hücum nəticəsində 21 mülki vətəndaşın həlak olduğu, 70 nəfərin xəsarət aldığı bildirilir.

“Human Rights Watch” təşkilatının nümayəndələri və xarici ölkədən olan jurnalistlər dinc sakinlərin qətlə yetirildiyi əraziyə düşən silah-sursat qalıqlarının fotolarını çəkərək onları təhlil edib.

Silahlardan ikisinin “Smerç” klasterli döyüş sursatı və “Smerç” gecikdirici paraşütlü parçalanma raketinin olduğu müəyyənləşdirilib.

Beynəlxalq insan haqları təşkilatı bildirir ki, “Smerç” yaylım atəşi raket sistemi ancaq Ermənistan ordusunun arsenalında var və hücumu Ermənistan silahlı qüvvələri həyata keçirib.

Paylaş

 Xəbəriniz olsun