Hulusi Akardan Qarabağla bağlı yeni açıqlama

  • Space TV
  • 10 Dekabr 2020 10:29

“Azərbaycan Ermənistan tərəfindən həyata keçirilən hücumları dayandırmaq və ərazilərini işğaldan azad etmək üçün “artıq bəsdir” deyərək hərəkətə keçdi”.

Spacetv.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Azərbaycan “Bir Vətən Hərəkat Planı”nı tətbiq etdi. Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan da Rusiya prezidenti cənab Vladimir Putin ilə atəşkəsin şərtləri və daimi olması mövzusunda müzakirə apararaq atəşkəs razılaşmasına lazımi töhfə verib. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi və fəaliyyətlərin başlaması üçün Türkiyə-Azərbaycan-Rusiya arasında əməkdaşlıq davam edir”, – o bildirib.

H.Akar Qazi Mustafa Kamal Atatürkün anım günü ilə əlaqədar Azərbaycanın Zəfər Gününü noyabrın 10-dan 8-nə dəyişməsinə də münasibət bildirib: “Bu həssaslıqlarına görə başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla, bütün azərbaycanlı qardaşlarımıza təşəkkürümüzü bildiririk. Beləliklə, Azərbaycan “bir millət – iki dövlət” anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuzu bir daha göstərib. Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcək”.

Paylaş

 Xəbəriniz olsun