Hulusi Akar və Zakir Həsənov “Qış təlimi-2021”i izləmək üçün Qarsda – FOTO

  • Space TV
  • 11 Fevral 2021 14:08

Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə qardaş ölkənin Qars şəhərində keçirilən təlimlər davam edir.

“Haber Global”ın məlumatına görə, Türkiyə və Azərbaycanın müdafiə nazirləri artıq təlimlərin gedişini izləmək üçün Qarsdadır.

Telekanalın bölgədəki müxbirinin sözlərinə görə, hazırda təlimlərlə bağlı brifinq keçirilir və qısa zaman ərzində təlimlərin yekun mərhələsinin başlanması gözlənilir.

Qeyd edək ki, təlimlərə ümumilikdə 1 268 nəfər şəxsi heyət cəlb olunub, onlardan 66-sı azərbaycanlıdır.

Paylaş

 Xəbəriniz olsun