Hulusi Akar və Sergey Şoyqu arasında telefon danışığı olub

  • Space TV
  • 12 Oktyabr 2020 17:16

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və onun rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Spacetv.az “Anadolu”ya istinadən xəbər verir ki, tərəflər Ermənistanın Azərbaycana təcavüzü, İdlib və Liviya ilə bağlı müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Məlumata görə, H.Akar S.Şoyquya mülki əhaliyə hücum edən Ermənistanın buna son verməsi və işğal etdiyi ərazilərdən çıxarılmasının vacib olduğunu bildirib.

Paylaş

 Xəbəriniz olsun