Hulusi Akar ATƏT-in Ukrayna üzrə missiyasına dəstək verib

  • Space TV
  • 2 Mart 2021 17:21

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukrayna üzrə xüsusi müşahidə missiyasının Türkiyə heyəti ilə görüşüb.

Spacetv.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

H.Akar ATƏT-in Ukrayna üzrə xüsusi müşahidə missiyasına dəstəyini vurğulayıb və qrupun fəaliyyəti ilə bağlı məlumat alıb.

Paylaş

 Xəbəriniz olsun