Hülusi Akar: “Atəşkəs çağırışları səmimi deyil”

  • Space TV
  • 2 Oktyabr 2020 14:47

Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Qarabağda atəşkəs təklif edənlərin səmimi və inandırıcı olmadığını deyib.

Spacetv.az “Haber Global”a istinadən məlumat verir ki, o, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) prezidentlərinin Ermənistan-Azərbaycan münaqişə zonasında atəşkəs çağırışını şərh edərkən bildirib:

“İllərdir Azərbaycanın haqlı olduğu Qarabağ məsələsinə həll yolu təklif etməyənlərin atəşkəs çağırışları səmimi və inandırıcı deyil”.

H.Akar sona qədər Türkiyənin Azərbaycanın yanında olacağını açıqlayıb:

“Can qardaşlarımızın haqlı olduğu, öz torpaqlarını qaytarmaq uğrunda mübarizəsində sonadək yanlarında olmağa davam edəcəyik”.

Paylaş

 Xəbəriniz olsun