Hubey: koronavirusun yayılması səngidi

  • Space TV
  • 6 Mart 2020 12:00

Çinin Hubey vilayətində son 24 saatda Uhan şəhərinin xaricində vilayətin heç bir şəhərində koronavirusa yeni yoluxma faktı aşkarlanmayıb.

SPACE TV  xarici mediaya istinadən xəbər verir ki, bunu martın 5-də Hubey vilayətinin rəhbərliyi açıqlayıb.

Açıqlamada epidemiyanın episentri Uhanda son 1 sutkada 126 yeni yoluxma hadisəsi qeydə alındığı bildirilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 90 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 429-a çatıb. Bunların 55 641 nəfəri sağalıb, 3 387 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Paylaş

 Xəbəriniz olsun