Honq-Konq lideri Kerri Lam təşkil etdiyi mətbuat konfransında nümayişçilərin maska taxmalarına qadağa qoyduğunu açıqlayıb.
SPACE TV xarici mediaya istinadən xəbər verir ki, Lam insanların Honq-Konqun bir daha əvvəlki vəziyyətinə qayıdıb-qayıtmayacağını soruşduqlarını və şiddəti dayandırmaq məcburiyyətində olduqlarını deyib. O, maska qadağasının şiddətə üz tutan nümayişçilərə və üsyançılara qarşı olduğunu deyib:
“Radikal davranışlar baxımından effektli bir qərar olacaq. Honq-Konq təcili bir vəziyyət içində deyil, amma geniş və ciddi bir təhlükə ilə qarşı-qarşıyadır”.
Bundan öncə Honq-Konqda minlərlə maskalı şəxs “Maska taxmaq istəyirəm”, “Maska taxmaq cinayət deyil” sloqanları ilə yürüş keçirmiş, yollarda sıxışıb qalan avtomobillərin sürücüləri də siqnal verərək üsyanı dəstəkləmişdilər.