Honkonqda iğtişaşlar – 31 nəfər yaralanıb

  • SpaceTV
  • 1 Oktyabr 2019 20:00

Honkonkda polislə nümayişçilər arasında baş vermiş qarşıdurma nəticəsində 31 nəfər yaralanıb.

SPACE TV xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlardan biri sinəsindən güllə yarası alan məktəblidir.

Qeyd edək ki, Honkonkda  iyunun 1-dən ekstradisiya haqqında qanun layihəsi ilə bağlı kütləvi etirazlar başlayıb. Ölkə müxalifəti oktyabrın 1-də böyük etiraz yürüşü keçirməyi planlaşdırsa da, onların müraciəti rədd edilib. Ancaq bu, küçələrə çıxan etirazçıları dayandırmayıb. Nümayişçilər şəhərin müxtəlif ərazilərinə toplaşaraq işıqforları və yol çəpərlərini qırıb, hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.

Paylaş

 Xəbəriniz olsun