Honkonq etirazlarını hansı ölkə təşkil edib? – Çindən açıqlama

  • SpaceTV
  • 26 Noyabr 2019 11:26

Honkonq etirazlarının sponsoru ABŞ-dır.

SPACE TV xəbər verir ki, bunu Çin Xarici İşlər nazirinin müavini Le Yuyçen deyib. O, ABŞ-ın bununla Çini dünya arenasında zəiflətmək istədiyini bildirib:

“Əksər hallarda bu olaylar ABŞ və Qərb ölkələrinin müdaxiləsi ilə bağlı olur. Ona görə də biz hesab edirik ki, ABŞ bu çaxnaşmaların kulis arxasındakı sponsorudur”.

Nazir müavini ABŞ-ın Çin və Rusiyanın qarşısını almaq siyasətinin yanlış olduğunu deyib.

Paylaş

 Xəbəriniz olsun