Hirkan Milli parkında yanğın

  • SpaceTV
  • 21 Avqust 2019 16:00

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.

Qeyd edək ki, FHN-in Aviasiya dəstəsinin iki helikopteri də yanğının söndürülməsində iştirak edir.

Ötən gün günorta saat saat 2 də  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hirkan Milli Parkının Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Mürəkkəb relyefli dağlıq ərazidə quru ot, seyrək ağaclıq yanır. Yanğının söndürülməsinə FHN-in Aviasiya Dəstəsinin təyyarə və helikopterləri ilə yanaşı, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülkü Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Paylaş

 Xəbəriniz olsun