“Hindistanın ən yaxşıları”

  • SpaceTV
  • 31 Avqust 2019 13:54

 Bu gün Bakı İdman Sarayında Hindistanın Azərbaycandakı səfirliyi və Millennial Hindistan Beynəlxalq Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının dəstəyi ilə “Hindistanın ən yaxşıları” – ən böyük eksklüziv Hindistan məhsulları ticarət tədbirinin açılışı olub.

“Hindistanın ən yaxşıları” sərgisində yüksək keyfiyyətli məhsul istehsal edən 40-dan çox Hindistan şirkəti iştirak edir. Həmin şirkətlər öz məhsullarını sərgiləyirlər.

Space TV məlumat verir ki, sərgidə düyü, çay, ədviyyat, sənətkarlıq məhsulları, ev mebeli, tekstil və geyim, zinət əşyaları, kosmetika da daxil olmaqla yüksək keyfiyyətli məhsul və xidmətlər sərgilənib.

Azərbaycanda Hindistan məhsulları sərgisi bu il ikinci dəfədir keçirilir.  Sərgiyə giriş sərbəstdir və sentyabrın 8-dək davam edəcək.

Paylaş

 Xəbəriniz olsun