Hindistanda su pərisi sindromlu uşaq dünyaya gəlib

  • SpaceTV
  • 29 İyul 2019 14:59

SPACE.TV-nin “The Times of India” ya istinadən verdiyi məlumata görə, Hindistanın Uttar-Pradeş ştatının Lakhimpur-Kheri dairəsində su pərisi sindromlu uşaq dünyaya gəlib.

Doğuş yerli xəstəxanaların birində baş tutub. Normal keçən doğuş zamanı anadan olan körpənin ayaqları bir-birinə bitişik olub.

Həkimlər vəziyyəti ağır olan körpəni başqa xəstəxanaya aparmağı təklif etsələr də, o, tələf olub.

Tibb işçiləri bildiriblər ki, körpə çox zəif olub və doğuşdan bir saat sonra ölüb.

Qeyd edək ki, su pərisi sindromu nadir rast gəlinən hadisədir. Anomaliya zamanı daxili orqanlar inkişaf etmədiyi üçün əksər hallarda körpənin ölümü ilə nəticələnir.

Paylaş

 Xəbəriniz olsun