Hindistanda sel və daşqınlarda ölənlərin sayı 350-yə çatıb

  • SpaceTV
  • 19 Avqust 2019 16:19

Hindistanın cənub, qərb və mərkəzində yerləşən Kerala, Karnataka, Maharaştra, Qucarat və Madha Pradeş əyalətlərində şiddətli yağışlar səbəbindən yaranan sel və daşqınlarda ölənlərin sayı 350-yə çatıb.

Space.TV xarici KİV-ə istinadla xəbər verir ki, Karnataka əyalətində 76, Maharaştrada 56, Himaşal Pradeşdə isə 22 nəfər təbii fəlakətin qurbanı olub. Maharaştrada 519 ev yararsız vəziyyətə düşüb. 20 minədək ev qismən zərər görüb. Şiddətli yağışların nəticələrinin aradan qaldırılması işləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun