Hindistanda sərnişin qayığı çevrilib: 7 ölü, 14 itkin düşən var

  • SpaceTV
  • 16 Sentyabr 2020 13:17

Hindistanın şimal-qərbində yerləşən Racastxan əyalətində, Çambal çayında sərnişin qayığının devrilməsi nəticəsində 7 nəfər ölüb, 14 nəfər itkin düşüb.

Spacetv.az xəbər verir ki, məlumatı yerli NDTV telekanalı yayıb.

Bildirilib ki, qayıqda 25-30 sərnişin olub. Axtarış-xilasetmə əməliyyatı nəticəsində bir neçə nəfər xilas edilib. Hadisənin baş verməsinə ilkin səbəb kimi güclü dalğa göstərilir.

Paylaş

 Xəbəriniz olsun