Hindistan növbəti qeyri-adi hadisə ilə sosial mediada gündəm olub.
SPACE TV xarici mediaya istinadən xəbər verir ki, ölkənin Kəlkətə şəhərində bir binanın 6-cı mərtəbəsindən yerə pul yağmağa başlayıb. İnsanlar təccüblü baxışların ardından sürətlə pulları yığmağa başlayıblar. Bu anların çəkilən videosu isə sosial mediada maraqla qarşılanan görüntülərdən olub.
Hadisənin baş vermə səbəbi isə məlum olmayıb.